AZ

"SpaceX" raketi İtaliyanın ikili təyinatlı peykini orbitə çıxarıb

Bakı. Trend:

ABŞ-nin "Falcon 9" raketi İtaliyanın "COSMO-SkyMed (CSG-3)"ikinci nəsil radar müşahidə peykini elmi və hərbi məqsədlər üçünorbitə uğurla çıxarıb.

Trend-inməlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

"COSMO-SkyMed peykinin buraxılışı təsdiqlənib", - deyəbildirilib.

Məlumata əsasən, raket Kaliforniyadakı Vandenberq Hərbi HavaQüvvələri Bazasındakı SLC-4E buraxılış kompleksindən cümə günüSakit Okean vaxtı ilə saat 18:09-da buraxılıb.

Peyk altı oxşar kosmik cihazdan ibarət qrupuna əlavə olunub.Peyk Aralıq dənizində gəmilərin izlənməsi, fəlakətlərin aradanqaldırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərinkəşfiyyatı, kənd təsərrüfatının idarə edilməsi, iqlim tədqiqatları,müdafiə və təhlükəsizlik üçün nəzərdə tutulub.

Məqalədə:
Seçilən
169
24
az.trend.az

10Mənbələr