RU

Goranboydakı qəzada xəsarət alanlar özəl tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB

Goranboy rayonunda avtomobilin aşması nəticəsində xəsarət alan iki nəfər özəl tibb müəssisələrinin birinə yerləşdirilib.

Missiya.Az-a xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Belə ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan biri kişi, ikisi qadın olmaqla 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan iki qadın zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Qeyd edilib ki, göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Избранный
52
4
missiya.az

6Источники