AZ

Goranboyda qəzada xəsarət alanlar tibb müəssisəsinə köçürüldülər

Yazını böyüt
Yazını kiçilt

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının məlumatında bildirilib.

Bildirilib ki, yanvarın 1-i saat 23:30-da Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən iki nəfərə (qadın) zəruri tibbi yardım göstərildikdən sonra, özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50-də 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".

Seçilən
12
4
hafta.az

6Mənbələr