Goranboy rayonunda avtomobilin aşması nəticəsində xəsarət alan iki nəfər özəl tibb müəssisələrinin birinə yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Belə ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan biri kişi, ikisi qadın olmaqla 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan iki qadın zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Qeyd edilib ki, göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Goranboy rayonunda avtomobilin aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.
Moderator.az xəbər verir ki, "LADA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ata - 1986-cı il təvəllüdlü Adil Hüseynov və oğul - 2009-cu il təvəllüdlü Sabir Hüseynov həlak olub, ana - 1991-ci il təvəllüdlü Lamiyə Əliyeva və qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
00:53
Goranboy rayonunda avtomobilin aşması nəticəsində bir ailənin iki üzvü ölüb, iki nəfər isə xəsarət alıb.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.
Belə ki, "LADA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ata və oğul həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan ana və qızı isə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.