RU

Azərbaycandan Türkiyəyə 11 ay ərzində ixrac olunmuş neftin həcmi məlum olub

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 69milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 142,4min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilingöstəriciləri ilə müqayisədə dəyər ifadəsində 132,5 milyon ABŞdolları və ya 65,8 faiz, həcm baxımından isə 227,2 min ton və ya61,5 faiz azdır.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Türkiyəyə 369,6 minton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixracolunmuşdu və bu ixracın ümumi dəyəri 201,5 milyon dollar təşkiledirdi.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandandünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft vəneft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumidəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Избранный
49
37
az.trend.az

10Источники