AZ

Yanvar-noyabr aylarında Azərbaycandan Tailanda ixrac olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan Tailanda 75,9milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 137,8min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend-inAzərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə,2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 158,3 milyon ABŞ dolları və ya 67,6 faiz, həcmbaxımından isə 239,1 min ton və ya 63,4 faiz azalıb.

Ötən ilin ilk 11 ayında Azərbaycandan Tailanda 376,9 min tonneft və neft məhsulları ixrac edilib, ixracın dəyəri isə 234,2milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandandünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft vəneft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumidəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faizazalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faizartım qeydə alınıb.

Məqalədə:
Seçilən
15
35
az.trend.az

10Mənbələr