RU

Bu il Bakıda müntəzəm marşrut xətti ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı.Trend:

2025-ci ildə Bakı şəhərində müntəzəm marşrut xətti ilə 494milyondan çox sərnişin daşınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AYNA-dan məlumatverilib.

Bildirilib ki, şəhərdaxili (rayondaxili) sərnişindaşımafəaliyyəti üçün 837, şəhərlərarası sərnişindaşıma fəaliyyəti üçünisə 66 yeni avtobus cəlb edilib. Həmçinin şəhərlərarası daşımalarüzrə 19 yeni müntəzəm marşrut xətti təşkil edilib. 10 marşrutxəttində hərəkət sxemi dəyişdirilib, 3 yeni marşrut xətti təşkiledilib.

"Ölkəmizdə ilk dəfə olaraq “AYNA MaaS” tətbiqi istifadəyəverilib. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlifnəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfərplanlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimindəqrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkanverir".

Qurumdan qeyd edilib ki, “Yolumuz Qarabağa” portalınınfunksionallığı artırılıb.

2025-ci ildə 800 000-dən çox sərnişin “biletim.az” portalınıseçərək müxtəlif istiqamətlərdə səfər edib. 2024-cü illə müqayisədə“Biletim.az” üzərindən 350 000-dən çox bilet satılıb.

“Biletim.az” portalı üzərindən bilet əldə edərək Qarabağbölgəsinə səfər edən sərnişinlərin sayı 48 000-ni üstələyib. Bu,ötən illə müqayisədə 36 000 bilet çoxdur.

Məqalədə:
Избранный
45
30
az.trend.az

10Источники