AZ

Bu il Bakıda müntəzəm marşrut xətti ilə daşınan sərnişinlərin sayı açıqlanıb

2025-ci ildə Bakı şəhərində müntəzəm marşrut xətti ilə 494 milyondan çox sərnişin daşınıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.

Bildirilib ki, şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyəti üçün 837, şəhərlərarası sərnişindaşıma fəaliyyəti üçün isə 66 yeni avtobus cəlb edilib. Həmçinin şəhərlərarası daşımalar üzrə 19 yeni müntəzəm marşrut xətti təşkil edilib. 10 marşrut xəttində hərəkət sxemi dəyişdirilib, 3 yeni marşrut xətti təşkil edilib.

"Ölkəmizdə ilk dəfə olaraq "AYNA MaaS" tətbiqi istifadəyə verilib. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir".

Qurumdan qeyd edilib ki, "Yolumuz Qarabağa" portalının funksionallığı artırılıb.

2025-ci ildə 800 000-dən çox sərnişin "biletim.az" portalını seçərək müxtəlif istiqamətlərdə səfər edib. 2024-cü illə müqayisədə "Biletim.az" üzərindən 350 000-dən çox bilet satılıb.

"Biletim.az" portalı üzərindən bilet əldə edərək Qarabağ bölgəsinə səfər edən sərnişinlərin sayı 48 000-ni üstələyib. Bu, ötən illə müqayisədə 36 000 bilet çoxdur.

Seçilən
14
21
day.az

10Mənbələr