RU

Yanvarda AYİB-in istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək

Bakı, 29 dekabr, AZƏRTAC

Yanvarın 5-də Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a Milli Depozit Mərkəzindən bildirilib.

Bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 manat təşkil edir.

Qeyd edək ki, nominal dəyəri 100 min manat olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 1 oktyabr 2025-ci il tarixində baş tutub.

 

Избранный
40
19
azertag.az

10Источники