Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Azərbaycanda yeni fənnin tədrisi ilə bağlı müzakirələr təsadüfi deyil və cəmiyyətin dəyişən tələblərindən irəli gəlir. Hazırkı mərhələdə ən real və zəruri variantlardan biri “Maliyyə savadlılığı və həyat bacarıqları” fənninin məktəb proqramına salınmasıdır”.Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəm deyib.O bildirib ki, bu fənn şagirdlərə erkən yaşlardan şəxsi büdcənin idarə olunması, qənaət, kredit anlayışları barədə praktik biliklər verə bilər: “Rəqəmsal dövrdə uşaqların kiber təhlükəsizlik, onlayn risklər və informasiya seçimi bacarıqlarının formalaşdırılması vacibdir. Emosional zəka və psixoloji dayanıqlıq mövzularını əhatə edən fənnin tədrisi də aktuallıq qazanır. Bu, uşaqların stresslə mübarizə aparmasına, ünsiyyət bacarıqlarını və konfliktlərin həllini öyrənməsinə kömək edər. Digər mühüm istiqamət isə karyera planlaması və peşəyönümü fənnidir ki, şagirdlər gələcək ixtisas seçimlərini daha şüurlu şəkildə edə bilsinlər. Belə fənlərin tətbiqi yalnız akademik bilikləri deyil, şagirdlərin real həyat üçün hazırlığını da gücləndirər. Əsas məsələ bu dərslərin formal yox, praktik və interaktiv formada keçirilməsidir. Düzgün yanaşma olarsa, yeni fənn təhsilin keyfiyyətinə və gənclərin gələcək uğuruna ciddi töhfə verə bilər”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.