AZ

Bu halda şəhərdə kirayə qiymətləri ucuzlaşa bilər Ekspert

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi planları, xüsusilə Bakı kimi tələbə sayının yüksək olduğu şəhərlərdə kirayə bazarına birbaşa təsir göstərə biləcək amillərdən biridir”. Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsir deyib.O bildirib ki, hazırda paytaxtın mərkəzi və universitetlərə yaxın ərazilərində kirayə mənzillərə əsas tələbat məhz tələbələr hesabına formalaşır:“Əgər köçürülmə mərhələli və real şəkildə həyata keçirilərsə, uzunmüddətli perspektivdə universitetlərə yaxın ərazilərdə kirayə mənzillərə tələbatın azalması mümkündür. Bu isə həmin zonalarda qiymət artım tempinin zəifləməsinə, hətta müəyyən hallarda qiymətlərin sabitləşməsinə səbəb ola bilər. Xüsusilə köhnə binalar və yalnız tələbə auditoriyasına hesablanmış mənzillər bu dəyişiklikdən daha çox təsirlənə bilər. Ali təhsil müəssisələrinin köçürüləcəyi ərazilərdə kirayə bazarı canlana bilər. Bu təsirlər qısa müddətdə deyil, yalnız uzunmüddətli və mərhələli köçürülmə baş verdiyi halda özünü göstərəcək. Hazırkı mərhələdə konkret tarix və miqyas bəlli olmadığı üçün kirayə bazarında kəskin dəyişiklik gözlənilmir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
demokrat.az

1Mənbələr