Bakı. Trend:
Bu ilin dekabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,642 milyard manat təşkiledib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, cari ilin noyabr ayının 1-i ilə müqayisədə12,6 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünə nisbətən isə106,3 milyon manat və ya 6,9% çoxdur.
Belə ki, cari ilin noyabr ayının 1-nə Azərbaycanda kiçiksahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,629 milyardmanat, 2024-cü ilin dekabrın 1-nə isə 1,536 milyard manat idi.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyardmanat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2%(15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyardmanat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkiledib.