AZ

Kiçik sahibkarlığa verilən kreditlər artdı

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin dekabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,642 milyard manat təşkil edib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin noyabr ayının 1-i ilə müqayisədə 12,6 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünə nisbətən isə 106,3 milyon manat və ya 6,9% çoxdur.

Belə ki, cari ilin noyabr ayının 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,629 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 1,536 milyard manat idi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyard manat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
7
bakivaxti.az

6Mənbələr