RU

Avstraliya planı təxirə salındı

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliya A seriyasının “Milan”la “Komo” arasında Avstraliyada keçirilməsi gözlənilən matçı təxirə salınıb. "Football-plus.az" xəbər verir ki, tərəflər arasında uzun müddət aparılan danışıqların uğursuzluqla nəticələndiyi bildirilib. Matçın ləğv edilməsinin əsas səbəbi kimi Asiya Futbol Konfederasiyasının irəli sürdüyü tələblər göstərilir. Məlumata görə, fevralın 8-də Pert şəhərində keçirilməsi planlaşdırılan oyuna İtaliyadan olan hakimlərin təyinatına icazə verilməməsi əsas maneə olub. Liqa rəhbərliyi təşkilati məsələlərin həll ediləcəyinə ümid etsə də, yekun razılıq əldə olunmayıb. Yaxın günlərdə A Seriyası rəhbərliyinin məsələ ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.Xatırladaq ki, oxşar vəziyyət bu mövsüm İspaniya La Liqasında da yaşanıb. “Vilyarreal” – “Barselona” matçının ABŞ-nin Mayami şəhərində keçirilməsi planı da baş tutmayıb. Beləliklə, İtaliya futbolu da beynəlxalq arenada oyun keçirmək təşəbbüsünü təxirə salmalı olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
77
3
icma.az

4Источники