AZ

Avstraliya planı təxirə salındı

İtaliya A seriyasının “Milan”la “Komo” arasında Avstraliyada keçirilməsi gözlənilən matçı təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, tərəflər arasında uzun müddət aparılan danışıqların uğursuzluqla nəticələndiyi bildirilib. Matçın ləğv edilməsinin əsas səbəbi kimi Asiya Futbol Konfederasiyasının irəli sürdüyü tələblər göstərilir.

Məlumata görə, fevralın 8-də Pert şəhərində keçirilməsi planlaşdırılan oyuna İtaliyadan olan hakimlərin təyinatına icazə verilməməsi əsas maneə olub. Liqa rəhbərliyi təşkilati məsələlərin həll ediləcəyinə ümid etsə də, yekun razılıq əldə olunmayıb. Yaxın günlərdə A Seriyası rəhbərliyinin məsələ ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.

Xatırladaq ki, oxşar vəziyyət bu mövsüm İspaniya La Liqasında da yaşanıb. “Vilyarreal” – “Barselona” matçının ABŞ-nin Mayami şəhərində keçirilməsi planı da baş tutmayıb. Beləliklə, İtaliya futbolu da beynəlxalq arenada oyun keçirmək təşəbbüsünü təxirə salmalı olub.

Seçilən
42
3
football-plus.az

4Mənbələr