AZ

A Seriyasında Avstraliya planı təxirə salındı

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

A Seriyasında Avstraliya planı təxirə salındı

İtaliya A Seriyasında "Milan" və "Komo" klubları arasında Avstraliyada baş tutması gözlənilən qarşılaşma təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Bildirilir ki, tərəflər arasında uzun müddətdir aparılan danışıqlar uğursuzluqla nəticələnib. Qarşılaşmanın ləğv edilməsinin əsas səbəbi kimi Asiya Futbol Konfederasiyasının irəli sürdüyü tələblər göstərilir.

Məlumata görə, fevralın 8-də Pert şəhərində keçirilməsi planlaşdırılan görüşdə əsas maneə İtaliyadan olan hakimlərin matçı idarə etməsinə icazə verilməməsi olub. Liqa rəhbərliyi təşkilati məsələlərin həll ediləcəyinə ümid etsə də, yekun razılıq əldə olunmayıb.

Xatırladaq ki, oxşar vəziyyət bu günlərdə İspaniya La Liqasında da yaşanıb. "Vilyarreal" – "Barselona" matçının ABŞ-nin Mayami şəhərində keçirilməsi planı da baş tutmayıb. Beləliklə, İtaliya futbolu da beynəlxalq arenada oyun keçirmək təşəbbüsünü təxirə salmalı olub.

Qeyd edək ki, yaxın vaxtlarda A Seriyası rəhbərliyinin məsələ ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
qol.az

2Mənbələr