Bakı. Trend:
Tailand və Kamboca hərbçiləri arasında sərhəd toqquşmalarıfonunda danışıqlara başlayıb.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, iki ölkə sərhədindəki Banphakkat keçidməntəqəsinin Tailand hissəsində baş tutan görüş tərəflər arasındaatəşkəs və monitorinq mexanizmlərinə dair rəsmi danışıqlarahazırlıq məqsədi daşıyıb.
Ortaq sərhəd komitəsinin Tailand tərəfdən katibi NuttaponqPraokaev jurnalistlərə bildirib ki, görüşdə sərhəd komitəsinindekabrın 27-də keçiriləcək 3-cü xüsusi iclasında müzakirə olunacaqsənədlər nəzərdən keçirilir, tərəflər öz mövqelərini ifadəedirlər.
Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlıtoqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülkişəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyuərazilərdən 100 minlərlə sakin təxliyə edilib.