AZ

Tailand Kambocada olmuş turistlərin giriş qadağasını təkzib edib

Bakı. Trend:

Tailand hakimiyyəti Rusiya və digər ölkələrdən olan vətəndaşlarakrallığa quru, dəniz və ya hava yolu ilə daxil olarkən qarşıayrı-seçkilik siyasəti aparmır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Tailand Xarici İşlərNazirliyinin nümayəndəsi açıqlama verib

Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, əvvəllərKambocaya səfər etmiş səyahətçilərin Tailand ərazisinə girişiniqadağan edən hər hansı siyasət və ya qayda mövcud deyil.

“Tailand hökuməti bütün giriş məntəqələrində bütün ölkələrdənolan turistlərə ədalətli və səmərəli immiqrasiya xidmətləriningöstərilməsinə sadiqliyini təsdiqləyir. Bütün prosedurlarbeynəlxalq standartlara və ayrı-seçkiliyin yolverilməzliyiprinsipinə uyğun şəkildə həyata keçirilir”, – XİN-dən qeydedilib.

Məqalədə:
Seçilən
18
41
az.trend.az

10Mənbələr