RU

Cəlilabadda maşın qadını vuraraq öldürdü

Cəlilabadda piyadanı avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib. 

Kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı “Ford Transit” markalı maşın vurub.

Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Lakin qadın orada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Избранный
76
14
unikal.az

10Источники