Cəlilabadda piyadanı avtomobil vuraraq öldürüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı “Ford Transit” markalı maşın vurub.
Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Lakin qadın orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./unikal