RU

SOCAR Türkiyədə “Gama Enerji İç Anadolu” elektrik stansiyasını alacaq

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 100% paylarını əldə etməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir: “Bu kontekstdə Petkim bir sıra yeni fabriklərin tikintisini, bəzi fabriklərin isə modernizasiyasını planlaşdırır. Bununla yanaşı SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 100% paylarını əldə etməyi planlaşdırır (225 mln $). Bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Saziş imzalanacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
4
apa.az

9Источники