SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 100% paylarını əldə etməyi planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir: “Bu kontekstdə Petkim bir sıra yeni fabriklərin tikintisini, bəzi fabriklərin isə modernizasiyasını planlaşdırır. Bununla yanaşı SOCAR Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasında (870 MVt) 100% paylarını əldə etməyi planlaşdırır (225 mln $). Bununla bağlı sabah 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Saziş imzalanacaq”.(APA)
"Cebheinfo.az"