Azərbaycan Premyer Liqasında XVI turun oyunları davam edir.
Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Oyun saat 15:00-da başalayacaq. Bu komandaların ilk dövrədəki oyununda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. Oyun saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməyib – 1:1.
Premyer Liqa
XI tur
21 dekabr
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Liv Bona Dea Arena”
Qeyd edək ki, XVI tura dekabrın 22-də “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Daha əvvəl “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1) məğlub edib. “Zirə” – “İmişli” qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.