AZ

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni minimal fərqlə məğlub etdi

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Qəbələ”nin qonağı olub.

Qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə bitib – 2:1. Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib. Ağdam klubunda 27-ci dəqiqədə Bədavi Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adını tabloya yazdırıb.

Xallarının sayını 36-ya çatdıran “Qarabağ” hazırda liderdir. “Qəbələ” 8 xalla 11-cidir.

Qeyd edək ki, XVI tura dekabrın 22-də “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Daha əvvəl “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1) məğlub edib. “Zirə” – “İmişli” qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.

Seçilən
9
15
msport.az

10Mənbələr