RU

10 ay ərzində Azərbaycandan Türkiyəyə ixrac olunan təbii qazın həcmi məlum oldu

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Türkiyəyə 2,216milyard ABŞ dolları dəyərində 8,171 milyard kubmetr təbii qaz ixracedilib.

Trend bu barədəAzərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 291 milyon ABŞ dolları və ya 12,2 faiz azalıb ,həcm baxımından isə 23 milyon kubmetr və ya 0,3 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarındaAzərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbiiqaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyərifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir,həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faizazalıb.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyonABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxaledilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsindəisə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.

Məqalədə:
Избранный
55
5
az.trend.az

10Источники