AZ

Azərbaycandan Yunanıstana yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Yunanıstana392,8 milyon ABŞ dolları dəyərində 752,7 milyon kubmetr təbii qazixrac edilib.

Trend bu barədəAzərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 72,6 milyon ABŞ dolları və ya 22,7 faiz artıb,həcm baxımından isə 16,6 milyon kubmetr və ya 2,2 faiz azalıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–oktyabraylarında Azərbaycandan Yunanıstana 769,3 milyon kubmetr təbii qazixrac edilib və bu ixracın ümumi dəyəri 320,2 milyon ABŞ təşkiledib.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarındaAzərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbiiqaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyərifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir,həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faizazalıb.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyonABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxaledilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsindəisə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.

Seçilən
18
5
az.trend.az

10Mənbələr