AZ

Türkmənistandan Azərbaycana təbii qaz idxalının həcmi azalıb

Bakı. Trend:

Cari ilin yanvar–oktyabr aylarında Türkmənistandan Azərbaycana230,9 milyon kubmetr həcmində təbii qaz idxal olunub

Trend bu barədəAzərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunan müddət ərzində Türmkənistandan idxal olunan qazınhəcmi ümumilikdə 35,2 milyon ABŞ dolları dəyərində olub.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 17,9 milyon ABŞ dolları və ya 33,7 faiz, həcmbaxımından isə 123,2 milyon kubmetr və ya 34,8 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarındaAzərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbiiqaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dollarıtəşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyərifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir,həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faizazalıb.

Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyonABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxaledilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsindəisə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.

Məqalədə:
Seçilən
10
5
az.trend.az

10Mənbələr