RU

Rusiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya FederasiyasındanAzərbaycana birbaşa xarici investisiyaların həcmi 181,208 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 83,316milyon dollar və ya 1,8 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Rusiyadan olan investisiyaların payı 3,8% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Rusiyaiqtisadiyyatına 38,923 milyon dollar sərmayə qoyub ki, bu, ötənilin eyni dövrü ilə müqayisədə 11,563 milyon dollar və ya 42,3%çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,9% təşkiledib.

2024-cü ilin ilk 9 ayı ərzində Rusiyadan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 97,892 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 27,360 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.

Məqalədə:
Избранный
86
13
az.trend.az

10Источники