RU

Cəlilabadda avtomobil ağaclara çırpıldı - FOTO

Cəlilabad rayonunda yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, qəza zamanı "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, yol kənarındakı 4 ağac yerindən çıxıb və avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev

Избранный
37
2
unikal.az

2Источники