AZ

Biləsuvarda ağır yol qəzası baş verib, ölənlər var YENİLƏNİB

Biləsuvar, 7 dekabr, İlkin Adıyev, AZƏRTAC

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, dekabrın 7-də saat 02 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, məlumata görə, V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

09.58

Biləsuvar rayonunda ağır və faciəvi yol qəzası baş verib. Hadisə axşam saatlarında rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Lexus” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı su kanalına aşıb. Güclü zərbə və avtomobilin qısa müddətdə suya qərq olması səbəbindən maşında olan beş nəfər kanalda boğulub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
211
50
azertag.az

10Mənbələr