AZ

Göygöldə avtomobil aşıb - ölən və yaralılar var

Göygöl rayonunda ağır yol qəzası baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qeydə alınıb.

Belə ki, "NİVA" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
103
3
olke.az

10Mənbələr