RU

İkinci dəfə ailə quracaq

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı tanınmış müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə ailə qurmağa hazırlaşır.

“Qafqazinfo” “Vogue” jurnalına istinadən xəbər verir ki, cütlüyün “Avatar: Fire and Ash” (“Avatar: Od və Kül”) filminin Los-Ancelesdə baş tutan premyerasında çəkdirdiyi şəkildə 33 yaşlı müğənninin barmağında brilyant qaşlı üzük diqqətləri çəkib. 

Görüntülərdən cütlüyün nişanlandığı məlum olub. 

Müğənninin 2021-ci ildən münasibətdə olduğu Morando “Liily” rok qrupunun üzvü və prodüserdir. 

Sayrusun 14 karatlıq sarı qaşlı üzüyü isə dizayner Jak Eşe tərəfindən hazırlanıb.

Qeyd edək ki, 33 yaşlı Mayli Sayrus 2018-2020-ci illərdə aktyor Liam Hemsvort ilə evli olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
2
qafqazinfo.az

3Источники