ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı tanınmış müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə ailə qurmağa hazırlaşır.
“Qafqazinfo” “Vogue” jurnalına istinadən xəbər verir ki, cütlüyün “Avatar: Fire and Ash” (“Avatar: Od və Kül”) filminin Los-Ancelesdə baş tutan premyerasında çəkdirdiyi şəkildə 33 yaşlı müğənninin barmağında brilyant qaşlı üzük diqqətləri çəkib.
Görüntülərdən cütlüyün nişanlandığı məlum olub.
Müğənninin 2021-ci ildən münasibətdə olduğu Morando “Liily” rok qrupunun üzvü və prodüserdir.
Sayrusun 14 karatlıq sarı qaşlı üzüyü isə dizayner Jak Eşe tərəfindən hazırlanıb.
Qeyd edək ki, 33 yaşlı Mayli Sayrus 2018-2020-ci illərdə aktyor Liam Hemsvort ilə evli olub.






Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.