AZ

İkinci dəfə ailə quracaq – FOTOLAR

Amerikalı tanınmış müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə ailə qurmağa hazırlaşır.

Tribuna.az  “Vogue” jurnalına istinadən xəbər verir ki, cütlüyün “Avatar: Fire and Ash” (“Avatar: Od və Kül”) filminin Los-Ancelesdə baş tutan premyerasında çəkdirdiyi şəkildə 33 yaşlı müğənninin barmağında brilyant qaşlı üzük diqqətləri çəkib.

Görüntülərdən cütlüyün nişanlandığı məlum olub.

Müğənninin 2021-ci ildən münasibətdə olduğu Morando “Liily” rok qrupunun üzvü və prodüserdir.

Sayrusun 14 karatlıq sarı qaşlı üzüyü isə dizayner Jak Eşe tərəfindən hazırlanıb.

Qeyd edək ki, 33 yaşlı Mayli Sayrus 2018-2020-ci illərdə aktyor Liam Hemsvort ilə evli olub.

Seçilən
53
2
tribunainfo.az

3Mənbələr