RU

Cəlilabadda açıq ərazidə yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəCəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidəyanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsininqüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğınhavanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasınaimkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos vəqamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Избранный
114
24
az.trend.az

10Источники