AZ

Cəlilabadda açıq ərazidə yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu, Bakı–Astara şosesinin 104-cü kilometrində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Doğru.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat tədbirləri nəticəsində yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmadan söndürülüb. Hadisə zamanı təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

DOĞRU.AZ

Seçilən
113
24
dogru.az

10Mənbələr