RU

Bu ilin on ayında qeyri-neft sektoru üzrə ixrac 6 faizdən çox artıb  

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 2,99 milyard dollar təşkil edib.

"Azərbaycan" qəzeti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla bildirir ki, yanvar-oktyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,8 faiz artaraq 962,1 milyon dollara bərabər olub.

Hesabat dövrü ərzində ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49,6 faiz, meyvə-tərəvəz 30 faiz, kimya sənayesi məhsulları 22,8 faiz, pambıq iplik 8,8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 3,8 faiz artıb.

Cari ilin on ayında aqrar məhsullar üzrə ixrac 27,5 faiz artaraq 769,7 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1 faiz artaraq 1,03 milyard dollar təşkil edib.

Избранный
152
16
azerbaijan-news.az

10Источники