AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7%-ə yaxın artıb

BAKI, 28 noyabr. TELEQRAF

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın noyabr sayında qeyd olunub.

Məlumata görə, qeyd olunan dövrdəyeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub. Cari ilin on ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49.6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22.8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.

Seçilən
170
11
teleqraf.com

10Mənbələr