BAKI, 28 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın noyabr sayında qeyd olunub.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1.03 milyardABŞ dolları təşkil edib.