Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin ötən il (xalis) mənfəəti 4,5 milyon manatdan az olmayıb.
Bunlar, “Azpul” (59 milyon manat), “SF Azerbaijan” (37,7 milyon manat), “Embafinans” (7,2 milyon manat), “M Bulak” (5,7 milyon manat) və “İnternational”dır (4,8 milyon manat).
12 BOKT-un (xalis) mənfəəti 1-4,5 milyon manat arasında, 25 BOKT-un (xalis) mənfəəti isə 0-1 milyon manat arasında olub, 9 BOKT isə 0-1,2 milyon manat arasında (xalis) zərərlə üzləşib.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 26-nın son 1 ildə (xalis) mənfəəti artıb. Ən yüksək dinamika FNC-də (18,8 dəfə), ən aşağı dinamika isə “Kredit Servis”də (2,5%) qeydə alınıb.
7 BOKT-un isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Finex Kredit”də (75,8%), ən az azalma isə “City Finance”da (0,4%) qeydə alınıb.
5 BOKT-da (xalis) zərər artıb. Ən yüksək dinamika “İrşad”da (34 dəfə), ən aşağı dinamika isə “Para”da (15,4%) qeydə alınıb. 1 BOKT-un “Azinvestkredit”in (xalis) zərəri dəyişməyib, 1 BOKT-un – “Azəri Star Mikromaliyyə”nin isə (xalis) zərəri isə 42,9% azalıb.
9 BOKT-da (xalis) zərərdən (xalis) mənfəətə keçid, 2 BOKT-da isə əks vəziyyət baş verib. Odur ki, həmin BOKT-ların (xalis) mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media