AZ

Azərbaycanda 5 BOKT-un illik (xalis) mənfəəti 4,5 milyon manatdan az deyil

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin ötən il (xalis) mənfəəti 4,5 milyon manatdan az olmayıb.

Bunlar, “Azpul” (59 milyon manat), “SF Azerbaijan” (37,7 milyon manat), “Embafinans” (7,2 milyon manat), “M Bulak” (5,7 milyon manat) və “İnternational”dır (4,8 milyon manat).

12 BOKT-un (xalis) mənfəəti 1-4,5 milyon manat arasında, 25 BOKT-un (xalis) mənfəəti isə 0-1 milyon manat arasında olub, 9 BOKT isə 0-1,2 milyon manat arasında (xalis) zərərlə üzləşib.

2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 51 BOKT-dan 26-nın son 1 ildə (xalis) mənfəəti artıb. Ən yüksək dinamika FNC-də (18,8 dəfə), ən aşağı dinamika isə “Kredit Servis”də (2,5%) qeydə alınıb.

7 BOKT-un isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Finex Kredit”də (75,8%), ən az azalma isə “City Finance”da (0,4%) qeydə alınıb.

5 BOKT-da (xalis) zərər artıb. Ən yüksək dinamika “İrşad”da (34 dəfə), ən aşağı dinamika isə “Para”da (15,4%) qeydə alınıb. 1 BOKT-un “Azinvestkredit”in (xalis) zərəri dəyişməyib, 1 BOKT-un – “Azəri Star Mikromaliyyə”nin isə (xalis) zərəri isə 42,9% azalıb.

9 BOKT-da (xalis) zərərdən (xalis) mənfəətə keçid, 2 BOKT-da isə əks vəziyyət baş verib. Odur ki, həmin BOKT-ların (xalis) mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.

İş elanları AzVak.az-da

© Yurd.Media

bank olmayan kredit təşkilatları BOKT mənfəətləri BOKT zərərləri Azpul SF Azerbaijan Embafinans M Bulak International BOKT BOKT maliyyə hesabatları 2024 BOKT nəticələri mikromaliyyə sektoru kredit təşkilatları mənfəəti BOKT-ların zərəri maliyyə göstəriciləri Aqrarkredit E-Kredit Forfinance FNC BOKT Kredit Servis Finex Kredit City Finance İrşad BOKT Para BOKT Azinvestkredit Azəri Star Mikromaliyyə BOKT dinamikası mikromaliyyə bazarı kredit sektoru Azərbaycan maliyyə sektoru Yurd Media AzVak iş elanları
Seçilən
4
2
marja.az

3Mənbələr