Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 10 milyon manatdan az olmayıb.
Bunlar “Birkredit” (88,3 milyon manat), “Para” (29,3 milyon manat), “M Bulak” (10,4 milyon manat), “Embafinans” (10 milyon manat) və “Monetri”dir (10 milyon manat).
24 BOKT-un nizamnamə kapitalı 1-10 milyon manat arasında, 22 BOKT-un nizamnamə kapitalı isə 0-1 milyon manat arasında olub.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 10-nun son 1 ildə nizamnamə kapitalı artıb. Ən yüksək dinamika “Caspian İnvest”də (10 dəfə), ən aşağı dinamika isə “Finans İnvest”də (12,4%) qeydə alınıb.
41 BOKT-un isə nizamnamə kapitalı dəyişməyib.
© Yurd.Media