AZ

5 BOKT-un nizamnamə kapitalı 10 milyon manatdan az deyil

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 10 milyon manatdan az olmayıb.

Bunlar “Birkredit” (88,3 milyon manat), “Para” (29,3 milyon manat), “M Bulak” (10,4 milyon manat), “Embafinans” (10 milyon manat) və “Monetri”dir (10 milyon manat).

24 BOKT-un nizamnamə kapitalı 1-10 milyon manat arasında, 22 BOKT-un nizamnamə kapitalı isə 0-1 milyon manat arasında olub.  

2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 51 BOKT-dan 10-nun son 1 ildə nizamnamə kapitalı artıb. Ən yüksək dinamika “Caspian İnvest”də (10 dəfə), ən aşağı dinamika isə “Finans İnvest”də (12,4%) qeydə alınıb.

41 BOKT-un isə nizamnamə kapitalı dəyişməyib.

İş elanları AzVak.az-da

© Yurd.Media

Azərbaycan bank olmayan kredit təşkilatları (BOKT) nizamnamə kapitalı Birkredit Para M Bulak Embafinans Monetri E-Kredit Forfinance Aqrarkredit Caspian İnvest Finans İnvest maliyyə göstəriciləri kapital artımı maliyyə hesabatı kredit sektoru investisiya 2025.
Seçilən
28
1
marja.az

3Mənbələr