Monteneqro millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.
Sitat.info xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib.
O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.
Qeyd edək ki, monteneqrolu futbolçunun bundan əvvəl – 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən “Köhlən atlar”ın heyətində çıxış edir.