EN

Yankoviç ikinci dəfə ata oldu - Foto

Monteneqro millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.

Sitat.info xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib.

O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.

Qeyd edək ki, monteneqrolu futbolçunun bundan əvvəl – 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən “Köhlən atlar”ın heyətində çıxış edir.

Chosen
16
6
sitat.info

10Sources