Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Monteneqro millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib.
O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.
Qeyd edək ki, monteneqrolu futbolçunun bundan əvvəl – 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən “Qarabağ”ın heyətində çıxış edir.


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.