RU

Şuşa Forumunda nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı müzakirə olunur

ŞUŞA, 24 noyabr. TELEQRAF

Şuşada keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunun üçüncü sessiyası başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, forumun üçüncü panelində Azərbaycan–Türkiyə münasibətlərində nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığının rolu diqqət mərkəzinə çıxarılıb.

Sessiyanın moderatoru Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovdur.

Paneldə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun (TAV) vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak edirlər.

Sessiya çərçivəsində Zəngəzur dəhlizi, transxəzər marşrutları və enerji kommunikasiyalarında strateji sinxronizasiya məsələləri dəyərləndirilir.

Regional nəqliyyat dəhlizləri, enerji əməkdaşlığının strateji prioritetləri və qlobal enerji təhlükəsizliyinə iki ölkənin töhfəsi müzakirə edilir.

Избранный
70
1
teleqraf.com

3Источники