AZ

Forumda nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı da müzakirə olunur

Yazını böyüt
Yazını kiçilt

Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunun üçüncü sessiyası işə başlayıb.

Hafta.az xəbər verir ki, sessiyada Azərbaycan–Türkiyə münasibətlərində nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığının rolu müzakirə edilir.

Sessiyanın moderatoru Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovdur.

Paneldə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn, Türkiyə Araşdırma Fondunun vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak edirlər.

Sessiya çərçivəsində Zəngəzur dəhlizi, Transxəzər marşrutu və enerji kommunikasiyalarında qarşılıqlı əlaqələr dəyərləndirilir. Həmçinin regional nəqliyyat dəhlizləri, enerji əməkdaşlığının strateji prioritetləri və qlobal enerji təhlükəsizliyinə iki ölkənin töhfəsi müzakirə edilir.

Seçilən
34
1
hafta.az

3Mənbələr