RU

Futzal üzrə Çempionlar Liqası: Azərbaycan klubu bu gün “Benfika” ilə qarşılaşacaq

 

Bakı, 24 noyabr, AZƏRTAC

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, ilk iki raundu uğurla adlayan Azərbaycan çempionu ilk dəfə təşkil olunan bu mərhələdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Azərbaycan təmsilçisi ilk oyuna itkilərlə çıxacaq. Vərəqə cəzalısı olduğuna görə Covanni Valero, Karlos Bertuola və Alekssanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın iştirak ərizəsinə daxil ediliblər.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 5-də keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.

“Araz-Naxçıvan”ın ilk oyun üçün iştirak ərizəsi

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov

Oyunçular: 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Cin Markos Perruzo, 3. Qüdrət Qasımzadə, 29. Luiççi Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende

Baş məşqçi: Yevgeni Kukseviç.

 

Избранный
41
4
azertag.az

10Источники