RU

Rumıniya Lukoyl-a qarşı sanksiyaları sərtləşdirəcək

Gələn həftə Rumıniya hökuməti Lukoyl şirkətinə məxsus Petrotel neft emalı zavoduna qarşı əlavə məhdudlaşdırıcı tədbirlərə icazə verən qayda qəbul edəcək.

Musavat.com xəbər verir ki, bunu Rumıniyanın Baş naziri İlie Bolojan  mətbuat konfransında açıqladyıb: "Bazar ertəsi günü Rumıniyanın mövcud çərçivəni tamamlayacaq və yalnız Avropa İttifaqı ölkələri tərəfindən qəbul edilən qərarlar əsasında sanksiyalar tətbiq etməyə imkan verən sanksiya mexanizmi quracağı bir qayda dərc edəcəyik. Vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, dekabr ayında bu mexanizmin aktivləşdirilib-aktivləşdirilməyəcəyinə qərar verəcəyik".

O əlavə edib ki, "hər hansı bir mexanizmin aktivləşdirilməsi bazar reallıqlarını nəzərə almalıdır".

Bolojan qeyd edib ki, mövcud mexanizm Lukoyl şirkətlərinin "bizneslərinin müstəqil olmasını təmin etmək üçün" fəaliyyətlərinin monitorinqini əhatə edir: "Lukoyl və Romgaz arasında Qara dənizdə enerji kəşfiyyatı və istehsalı sahəsində əməkdaşlığa gəldikdə, Romgaz-ın bu sanksiyalardan zərər görməməsini təmin etmək üçün lazımi tədbirləri görmüşük. Biz bu sanksiyaları tətbiq edən Amerika agentliyi ilə əməkdaşlıq edirik".

Petrotel neft emalı zavodunun, işçilərinin və onların maaşlarının aqibətinin necə olacağı ilə bağlı suala Bolojan belə cavab verib: "Lukoyl lazımi tədbirləri görməlidir".

 

Musavat.com

Избранный
95
37
musavat.com

10Источники